Şəhid əsgərimiz dəfn edildi - YENİLƏNİB


11:41     06 Mart 2020 2020/03/89d97f10-f9be-4b2b-b992-424357b4c6f9_1583480529.jpg

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə dəfn olunub.


Şəhidlə vida mərasimi başa çatandan sonra onun cənazəsi Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlığa gətirilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. / Report

**
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan hərbçimiz bu gün torpağa tapşırılacaq.

Femida.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 3811