Azərbaycanda nə qədər vergi ödəyicisi var?


14:56     06 Mart 2020 vergiler%20nazirliyi.jpg


Bu ilin martın 1-nə Azərbaycanda 1 070 492 vergi ödəyicisi olub.


Femida.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 927 427-si, yaxud 86,6%-i fiziki şəxslər (fərdi sahibkarlar), 143 065-i, yaxud 13,4%-i isə hüquqi şəxslər - şirkətlər və digər təşkilatlardır.

Ötən il martın 1-i ilə müqayisədə ölkədə vergi ödəyicilərinin sayı 82 334 vahid, yaxud 8,3% artıb. Bu artımın 66 673-ü və yaxud 81%-i fiziki şəxslərin, 15 661-i, yaxud 19%-i isə hüquqi şəxslərin hesabına baş verib.

Femida.az

Açar sözlər: #vergi  

Oxunub: 1293