Maşından 2 kq-dan artıq heroin götürüldü


19:56     06 Mart 2020 heroin%20narkotik.jpg

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əasasında Salyan rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Babayevin idarə etdiyi “Mitsubshi” markalı avtomobilin salonundan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sürücü və sərnişini, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 770