Azərbaycan DSX və Bolqarıstan DİN arasında imzalanmış Saziş təsdiqlənib


19:15     10 Mart 2020 prezident2.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 2019-cu il noyabrın 21-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Bu fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 708