YAP-ın rayon təşkilatı sədrinin oğlu barəsində cinayət işi başlanıldı
11:27 11 Mart 2020
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub.
Femida.az-ın Report-a istinadən məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.
Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.
Femida.az
Oxunub: 824
Oxşar xəbərlər
- YAP-a yeni sözçü təyin edilib
- Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Rusiya Yaponiya Baş nazirinə sanksiya tətbiq edib
- Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq
- XİN sözçüsü: "Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Tağı Əhmədov YAP-ın binasında adam döyübmü? - 2 milyonluq məhkəmənin detalları