İçərişəhərdə Novruz tədbirləri ləğv edildi


11:50     12 Mart 2020 2020/03/62146265-afd0-4144-a181-72af5348a781_1583999450.jpg

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan "Yazz!" Festivalı ləğv edilib.


Bu barədə Femida.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Mətbuat Xidmətindən bildirilib.

İdarədən qeyd edilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 656