Sabiq polis zabitinin cinayət işi baxışa təyin edildi


15:14     12 Mart 2020 agir%20cinayet.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda ittiham olunan sabiq polis zabiti Mehman Əsədov və onunla birlikdə təqsirləndirilən Dəniz Əsədovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 13-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Onlar müxtəlif vədlərlə vətəndaşları aldadaraq, onların əmlakını ələ keçirməkdə təqsirləndirilirlər.

İş üzrə 33 zərərçəkmiş var.

Xatırladaq ki, M.Əsədov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəis müavini olub. O, ötən ilin mart ayında ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 592