Koronovirus Formula 1 ilə bağlı planlara təsir göstərməyib - RƏSMİ


16:22     12 Mart 2020 formula%201.jpg

Koronovirus Bakıda Formula 1 yarışmasının keçirilməsi ilə bağlı işlərə təsir göstərməyib.

Bu barədə Femida.az-a Bakı Şəhər Halqası Əməliyyat şirkətindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulan işlər plana uyğun olaraq həyata keçirilir, hər hansı bir dəyişiklik yoxdur.

Əlavə olunub ki, bilet satışları da öz qaydasında davam edir. Yarış zamanı hər hansı bir tamaşaçı tribunasının ləğvi və ya tamaşaçı sayının azaldılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, paytaxt Bakının ev sahibliyi edəcəyi növbəti yarış 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq.



Femida.az

Açar sözlər:

Oxunub: 386


Oxşar xəbərlər