İraqdan Azərbaycana 112 uşaq göndərildi


14:55     13 Mart 2020 2020/03/31f938b8-f556-492a-8e6b-819494f6b199_1584096942.jpg

İraq hökuməti İŞİD terror təşkilatı ilə əlaqəsi olduğuna görə anaları ilə birgə həbs edilən 112 uşağı Azərbaycana göndərib.


Femida.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti açıqlama yayıb.

“İraq Xarici İşlər Nazirliyi İŞİD terror təşkilatı ilə əlaqəsi olduğuna görə anaları ilə birgə həbs cəzasına məhkum edilən milliyyətcə azərbaycanlı 112 uşağın Azərbaycana ekstradisiyasında iştirak edib. Bu məsələ ilə bağlı İraq XİN Azərbaycanın xarici siyasət idarəsi və Bağdaddakı səfirliyi ilə daimi təmasdadadır. Bununla da İraqdan Azərbaycana deportasiya edilən azərbaycanlı uşaqların sayı 248-ə çatıb”, - açıqlamada vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 833