Respublika Seysmoloji Xidmət Mərkəzində dezinfeksiya işləri aparılıb


16:12     14 Mart 2020 2020/03/15841731813849050218_1000x669_1584177049.jpg

Azərbaycanda koronavirusa qarşı aparılan dezinfeksiya tədbirləri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) institut və elmi təşkilatlarında da müvafiq tədbirlərə başlanılıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) dezinfeksiya işləri aparılıb.


Mərkəzin İnformasiya şöbəsindən Femida.az-a bildiriblər ki, RSXM-də koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə davamlı olaraq işlər görülür. Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında mərkəz əməkdaşlarına maarifləndirici məlumatlar verilir. Həmçinin mərkəz rəhbərliyinin göstərişi əsasında əməkdaşlara qoruyucu maskalar paylanılıb. Eyni zamanda, işçilərə virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələri tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 602