AZAL və “Buta Airways” ilə Ukraynaya bilet alanlar DİQQƏT!


19:11     14 Mart 2020 azal%20(4).jpg


Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilən istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsinə növbəti əlavələr də daxil edib.


Bu barədə Femida.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər.

Bununla yanaşı, dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər.

AZAL və “Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);

Qeyd edək ki, hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər. Hazırda AZAL QSC-nin bütün xidmətləri gücləndirilmiş rejimdə işləyir. Sərnişinlərdən çağrı mərkəzi və aviaşirkətin dəstək xidmətinə müraciət etdikdə anlayışlı və səbirli olmalarını xahiş edirik. Bütün sərnişinlərə cavab veriləcək, biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı bütün müraciətlərə növbə ilə baxılacaq.

Femida.az

Açar sözlər: #AZAL   #BUTA  

Oxunub: 683