Özbəkistan avtomobil və hava yollarını bağlayır


09:35     16 Mart 2020 2020/03/15843320672067638411_1000x669_1584336956.jpg

Özbəkistan koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan xarici ölkələrlə aviasiya və avtomobil yolunu tam olaraq bağlayır.


Femida.az Özbəkistan Nazirlər Kabineti yanında koronavirusun qarşısının alınması üzrə Operativ Qərərgaha istinadla xəbər verir ki, ölkədə dəmiryol nəqliyyatının tam bağlanması 3 gün ərzində nəzərdə tutulub.

Məlumatda qeyd edilir ki, Özbəkistan vətəndaşlarına xaricə getməyə, xarici ölkə vətəndaşlarına isə bu ölkəyə gəlməyə tam qadağa qoyulub. Xarici ölkələrdə olan Özbəkistan vətəndaşları qısa müddətdə müəyyənləşdirilərək çarter reysləri ilə ölkəyə gətiriləcək. Ölkəyə qaytarılan Özbəkistan vətəndaşları 14 gün karantində olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 535