Mərkəzi Bank vətəndaşları onlayn rejimdə qəbul edəcək
14:46 17 Mart 2020
Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus(COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədi ilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.
Femida.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilmiş, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub.
Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:
- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.
- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;
- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli qaynar xətt və (012) 493-11-22 nömrəli adi telefon vasitəsilə həyata keçirilir.
- Vətəndaşların “Skype” proqramı üzərindən [email protected] elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Mərkəzi Bank İdarə Heyətinin sabiq üzvlərinin işdən azad edilməsi ilə bağlı açıqlama yayıb
- Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək
- Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edilib
- Mərkəzi Bank açıqlama yaydı
- Mərkəzi Bankın valyuta ehtiyatları cüzi azalıb
- Mərkəzi Nəbatat Bağında yanğın olub
- Mərkəzi Afrika Respublikasında 13 nəfər öldürülüb
- Mərkəzi Xəstəxananın direktoru vəzifəsindən azad olunub
- Mərkəzi Bankın hərracında dollara tələb artıb
- Mərkəzi Bank dizaynerlər üçün müsabiqə elan edib