Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib
11:42 29 Mart 2020
Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar.
Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır.
Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan qalxır.
Koronavirusun müxtəlif əşyalar üzərində qalma müddətini də öyrənən mütəxəssislər müəyyənləşdiriblər ki, o, kağız üzərində üç saatdan sonra yox olur, paltar və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə üzərində dörd günə qədər, plastik üzərində isə yeddi günə qədər qalır.
Alimlər qeyd ediblər ki, virus tibbi maskaların xarici səthində yeddi günə qədər qala bilər, buna görə də mütəmadi şəkildə dezinfeksiya olunmağı tövsiyə edirlər.
Oxunub: 965
Oxşar xəbərlər
- Koronavirusun insan beyninə təsiri məlum olub
- Koronavirusun yeni ştammı Omikron adlandırıldı
- Koronavirusun ən təhlükəli yeni ştamı aşkarlanıb, 3 ölkədə yoluxma qeydə alınıb
- Koronavirusun Uhanda başqa bir bazarda ortaya çıxdığı ehtimal olunur
- Koronavirusun daha bir təhlükəli növü aşkarlandı
- Koronavirusun ilk əlaməti qızdırma deyil - Buna diqqət!
- Koronavirusun kişilər üçün təhlükəli fəsadı AÇIQLANIB
- Koronavirusun ocağı olan Uhanda məktəblər açıldı
- Koronavirusun müalicəsində bu dərmanlar istifadə edilir
- Koronavirusun yox olacağı tarix açıqlandı