Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
12:18 01 Aprel 2020
Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət yetirir.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov – (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilib. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.
Mətbuat Şurası onu da bildirib ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaq. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.
Oxunub: 722
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Mətbuat Şurası DSX-ni jurnalistə güc tətbiq edən əməkdaşı barəsində ölçü götürməyə çağırıb
- Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
- Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
- Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib
- Mətbuat işçilərinə Prezidentin fərdi təqaüdü verilib
- Mətbuat Şurası həftəsonu qadağası ilə bağlı jurnalistlərə müraciət etdi
- Mətbuat Şurası KİV-lərə müraciət edib
- Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
- Mətbuat Şurası jurnalistlərə çağırış etdi - Bəyanat