Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur - RƏSMİ


17:14     03 Aprel 2020 20_04_03_1585919714.jpg


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.


DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Femida.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Nazirlik rəsmisinin sözlərinə görə, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: "Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur".

E.Zahidov, həmçinin qeyd edib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: "Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 1074