Helikopter bölmələri uçuş məşqləri keçirir - VİDEO


10:34     11 Aprel 2020 20_04_11_1586587318.jpg

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 729