Polisə saxta jurnalist vəsiqəsi təqdim edən məktəb direktoru saxlanılıb - VİDEO
18:16 11 Aprel 2020
Koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejimini müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşının alınması məqsədi ilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Femida.az-A bildirilib ki, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonu ərazisində yaradılmış postda polis əməkdaşları tərəfindən rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə karantin qaydalarını pozduğu üçün saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun 1-ci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb. S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib.
Polis əməkdaşları tərəfindən S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən “Suqovuşan” qəzetinin redaktorunun müavini Sabirabad rayon sakini Elçin Nəsibov da müəyyən edilərək polis şöbəsinə gətirilib. O, izahatında “Suqovuşan” qəzetində işləməsinə baxmayaraq, özünün təsis etdiyi “Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək tanışı S.Əsgərova təqdim etdiyini bildirib.
Hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib və onlar məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimə edilib.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.
Oxunub: 979
Oxşar xəbərlər
- Polisə zor tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb
- Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO
- Polisə balta ilə hücum edənlərin məhkəməsi başlayır
- Polisə qarşı zor tətbiq edən şəxs həbs olundu
- Polisə tabe olmayan AXCP üzvü həbs edildi
- Polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib
- Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
- Polisə məlumat verdi - Oğrular tutuldu
- Polisə yalan məlumat verən Bakı sakini saxlanılıb
- Polisə silahlı müqavimət göstərən şəxslərə cinayət işi açıldı