Qatil 24 ildən sonra edam edildi


10:16     12 Aprel 2020 20_04_12_1586672550.jpg


Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid edam edilib.


M.Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə 24 illik axtarışdan sonra qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Qeyd edək ki, Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, digər qohumları və ailənin yaxınları ilə (təxminən 20 nəfər) birlikdə öldürülüb. M.Rəhmanın hadisə zamanı Almaniyada olan iki qızı sağ qalib. Onlardan biri, Şeyx Hasina, daha sonra Banqladeşin baş naziri vəzifəsini icra edib. qafqazinfo

Femida.az

Açar sözlər: #qatil  

Oxunub: 6221