Övladını "otlamağa" məcbur edərək videoya çəkən ata həbs edilib - RƏSMİ
18:47 14 Aprel 2020
Uşaqları "otlamağa" məcbur edib videoya çəkən şəxs həbs edilib.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O, qeyd edib ki, araşdırmalar nəticəsində azyaşlı uşaqları həyətyanı sahədə "otlamağa" məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxsin Şamaxı rayon sakini İkram Xudiyev olması müəyyən edilib: “Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal araşdırmalara başlandı. Araşdırmalar zamanı məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, digəri isə qohumunun uşağıdır. İkram Xudiyev polis şöbəsinə dəvət edilərək izahatı alınıb. O etiraf edib ki, videonu zarafatla çəkib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib”.
Oxunub: 1029
Oxşar xəbərlər
- Övladını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq
- Övladını küçəyə atan ana ilə bağlı araşdırmalara başlanılıb
- Övladının ad günündə qayınanasını öldürən şəxsə hökm oxunub
- Övladını su kanalına atan anaya cinayət işi açıldı
- Övladını məktəbə yola salırdı - Maşın vurub öldürdü
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
- Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlanıb
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
- Övladının ölümünə dözməyən ana intihar etdi - Sumqayıtda faciəvi olay