Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası videokonfransla keçirildi


15:00     17 Aprel 2020 2020/04/05cfd878-b144-423b-8776-0528208b74ec_1587121101.jpg


Azərbaycanda koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti öz işi rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurub.


Femida.az-a daxil olan məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq bu gün ilk dəfə olaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinin onlayn video iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində vəkillərin fəaliyyəti barədə məlumat verib, bu dönəmdə insanların hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillərin hərəkət sərbəstliyinin zəruriliyi nəzərə alınaraq Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli qərarı ilə onların ölkə daxilində maneəsiz hərəkətinə şərait yaradılmasına görə Rəyasət Heyətinin üzvləri və vəkillər adından dövlətimizə öz təşəkkürünü bildirib. Habelə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq dövlət hesabına həyata keçirilən hüquqi yardıma görə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış vəsaitin vəkillərə ödənilməsi vəziyyəti barədə Rəyasət Heyətinin üzvlərini məlumatlandırıb.

Bundan başqa, iclasda vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, səhhəti və sair səbəblərlə bağlı bir sıra vəkillərin fəaliyyətlərinə xitam verilməsi məsələlərinə baxılıb.

İclasda həmçinin vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

İclasın yekununda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Femida.az

Açar sözlər: #vəkillərkollegiyası  

Oxunub: 4822