Deputat: “Yardım hamıya şamil olunsun”


21:10     17 Aprel 2020 1442647454_razi.jpg

“Əvvəlki çıxışlarımda da deputat statusu haqqında fikrimi bildirmişəm. Amma yenə demək istəyirəm ki, qanun nə qədər yaxşı olsa da, onun həyata keçirilməsində müəyyən problemlər var”.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib. R.Nurullayevin sözlərinə görə, deputatlar bəzi fikirləri səsləndirməyə çətinlik çəkir:

“Ona görə də o təklifləri sizə yazılı formada təqdim edirlər. Mən bu platformada öz fikirlərimi, tənqidlərimi deyə bilirəm. Hesab edirəm ki, mübarizə meydanlardan yığılmalı və sivil formaya çıxmalıdır. Mən burada bitərəf kimi təmsil olunuram, amma mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədriyəm. Bu ada Əli Kərimli də iddia edir. Koronavirus, neftin ucuzlaşması zamanında insanları narazı salmaq radikal qüvvələrin işinə yaşayır. Hesab edirəm ki, o insanların narazılıqları aradan qaldırılmalıdır”.

Deputat təklif edib ki, qaz və işıq sərfiyyatı ehtiyaclı ailələr üçün sıfırlansın: "Ehtiyaclı ailə deyəndə, yalnız işsiz kimi qeydiyyata düşənlər, sosial yardım alanlar deyil. Mən seçildiyim İmişli rayonunda minlərlə ehtiyac içində olan ailə göstərərəm ki, onlar sosial yardım almır, çünki adlarında maşın, torpaq var. Hər kənddə, hər qəsəbədə, hər rayonda və şəhərdə icra nümayəndələri, bələdiyyələr var və onlar bu tip insanları tanıyırlar, əllərində hazır siyahıları da var. Bu məsələni bir həftə ərzində 100 % civarında aydınlaşdırmaq mümkündür. Əlavə olaraq, güzəştin bütün əhali qruplarına şamil edilməsini istərdim”.


Femida.az

Açar sözlər:

Oxunub: 1086