Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb
19:36 20 Aprel 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu gün Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Sabah isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə həmin ödənişlər təmin ediləcək.
Yaşı 65-dən yuxarı olan və bu növlərdə ödəniş alan şəxslərin yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq (hər hansı faiz tutulmadan) sahiblərinə çatdıra bilərlər.
Qrafikə əsasən aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.
Femida.az
Oxunub: 876
Oxşar xəbərlər
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək
- Aprel Şəhidi Əbdülməcid Axundovun dəfn olunduğu gündür
- Aprel-may aylarında Avropadan Azərbaycana könüllü qayıdanların sayı açıqlanıb
- Aprel ayında 11 uşaq övladlığa verilib
- Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb
- Aprelin 29-30-da Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək
- Aprelin 5-dək ictimai nəqliyyat işləməyəcək
- Aprel şəhidlərinin məzarları ziyarət olunub - VİDEO
- Aprelin 1-dən tibbi sığorta bütün respublika üzrə tətbiq olunacaq - RƏSMİ AÇIQLAMA
- Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günüdür