Siyəzəndə “Baba” ləqəbli narkotacir tutulub
10:50 22 Aprel 2020
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələr satmaq məqsədi ilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş M.Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, 2 ədəd bıçaq, eləcə də nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 779
Oxşar xəbərlər
- Siyəzəndə zəlzələ olub
- Siyəzəndə ev yanıb, xəsarət alan var
- Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs saxlanılıb
- Siyəzəndə ata və oğul dəmir yolundan oğurluq edib
- Siyəzəndə zəhərlənmə hadisəsi olub
- Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb
- Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb
- Siyəzəndə itkin düşən məktəbli tapılıb
- Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb