Taksi postda polis və hərbçini vurub - Cinayət işi açıldı


12:30     22 Aprel 2020 1399714276_cenubnews-hebs-yeni.jpg

Bakıda karantin postunda polis və hərbçini vuran taksi sürücü barəsində cinayət işi başlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Femida.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən sürücü barəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, zəruri-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər, B.Abbasov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 888