Səbaildə gizli fəaliyyət göstərən kafe aşkarlandı


14:44     23 Aprel 2020 20_04_23_1587637870.jpg


Səbail rayonu İ.Məmmədov küçəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan 9 müştəri saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilib.

Femida.az

Açar sözlər: #Səbail   #kafe   #karantin  

Oxunub: 679