38766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


10:23     25 Aprel 2020 polis8.jpg

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 24.04.2020-ci il saat 00:00-dan 25.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1251 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Açar sözlər:

Oxunub: 599


Oxşar xəbərlər