Təhsil naziri yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib


18:05     27 Aprel 2020 2018/04/ceyhun-bayramov_1524489746.jpg

Təhsil naziri Ceyhun Bayramov yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib.


Femida.az-ın xəbərinə görə, nazir deyib ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək: "Bütün hazırlıq işləri aparılır. Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz".

Femida.az

Açar sözlər:

Oxunub: 1833