Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı


13:24     28 Aprel 2020 cinayetkar%20deste.PNG

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 30 cinayətin üstünü “isti izlər”lə açıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 689