İşdən çıxarılan icra başçısı həbs edildi


19:01     30 Aprel 2020 2020/04/mahir_1588259447.jpg

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.


Femida.az xəbər verir ki, hakimi Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 5161