Xızıda silahla gəzən gəncin məhkəməsi başlayır


15:04     01 May 2020 2020/05/db124963-c9e8-4fab-86a3-ba1b3067f7d4_1588331130.jpg

Xızıda narkotik və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən 19 yaşlı Mehdi Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib.

Hakim Bəylər Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası hələlik təyin edilməyib.

Qeyd edək ki, Xızı rayonunun Şurabad kənd sakini, Mehdi Rzayev bu ilin fevral ayında polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun üzərinə baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi kəsilmiş odlu silah, beş patron və heroin aşkar edilərək götürülüb.

M.Rzayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 752