Paytaxtda ticarət dövriyyəsinin həcmi cüzi artıb


18:12     05 May 2020 2020/05/restoran_050520_1588689760.jpg

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 5 124,6 mln manat olub.


Femida.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9% artaraq 2 378,3 mln manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1% artaraq 2 746,3 mln manata bərabər olub.

İstehlak məhsullarının 30,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 20,6%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 835