Vilyam Hacıyev barəsində həbs qərarı verildi - YENİLƏNİB


20:40     06 May 2020 2020/05/B4C718B0-823D-457A-979B-618838B99C2E_1588784967.jpeg



Səbail rayon Məhkəməsində İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Femida.az-ın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.

Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

***

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Femida.az xəbər verir ki, hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Vilyam Hacıyev saxlanılıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 987