Günəşli faciəsində itkin düşmüş neftçilərdən ikisinin meyiti tapıldı


11:38     08 May 2020 20_05_08_1588923580.jpg


Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki meyit aşkarlanıb.


Bu barədə Azvision.az -a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, tapılan cəsədlər 2015-ci il dekabırın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayı oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsusdur.

"Cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılmış, cəsədlər bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilmişdir. Hazırda ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün Günəşli faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik".

Femida.az

Açar sözlər: #neftçi  

Oxunub: 871