Polisdən bankomat oğrusu ilə bağlı əhaliyə MÜRACİƏT


16:59     09 May 2020 2020/05/62198381-9FB6-4337-A77B-6EF25917FC8E_1589029292.jpeg



Bakıda bankomatlardan pul oğurlanıb.

Femida.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 47 yaşlı Rövşən Rəhimov müəyyən olunaraq saxlanılıb.

Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb.

Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1172