Onlayn intellektual yarışmanın qalibi məlum oldu


16:14     17 May 2020 kompyuter.jpg

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi "Xəzər" İntellektual Gənclər Klubunun növbəti onlayn intellektual yarışması keçirilib.

Femida.az-ın məlumatına görə, mübarizəyə gənclərdən ibarət 54 komanda qatılıb. Tərkibi 6 - 8 nəfərdən ibarət kollektivlər hər turda 12 sual cavablandırıblar. İki turluq yarışma zamanı hər sualı cavablandırmaq üçün 1 dəqiqə vaxt verilib.

Onlara ümumi tarix, Azərbaycan və dünya bilgisi, məntiq, ədəbiyyat, planetdə baş verən ictimai-siyasi mövzularla əlaqədar qismən çətin, çətin, və çox çətin suallar ünvanlanıb. Məqsəd təkcə asudə vaxtı deyil, həm də ümumi biliyi artırmaq, COVID-19 pandemiyasının yaratdığı karantin dövründə evdə qalmalarına baxmayaraq, paytaxt komandalarının intellektual səviyyələrini yüksəltmək, kollektiv düşüncəni təkmilləşdirmək, kütləvi ünsiyyətin onlayn platforma vasitəsilə davam etdirməkdən ibarət olub.

Cavabları münsiflər heyəti qiymətləndirib. Nəticədə 24 sualdan 17-nə düzgün cavab verən "Jagermeister" birinci yeri tutub. "Avalon" 15 düzgün cavabla ikinci, "Karma" isə 14 düzgün cavabla üçüncü olub. Qaliblərin karantin dövrü bitdikdən sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və medalları ilə mükafatlandırılması nəzərdə tutulub.

Bu, Baş İdarənin "Xəzər"lə birgə ikinci onlayn yarışması olub. İlk belə mübarizə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına, onun ömür yolu və irsinə aid olub. Növbətisi isə mayın sonlarında xüsusi qayğıya ehtiyacı olan və müxtəlif sosial qruplara aid gənclər arasında nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 977