Hazırda Azərbaycanda nə qədər əcnəbi var? - DMX açıqladı


13:43     20 May 2020 ecnebi%20isleyen%20deportasiya.jpg


“Hazırda Azərbaycanda 134 298 nəfər əcnəbi yaşayır”.

Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran və s ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib”. - V.Hüseynov bildirib.

Onun sözlərinə görə, bu il, yəni yanvarın 1-dən indiyə kimi Azərbaycanda 551 872 nəfər əcnəbi olub:

“Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında 44 faiz azalma deməkdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 977 246 idi”.

Femida.az

Açar sözlər: #əcnəbi   #miqrasiya  

Oxunub: 787