Türkiyədən daha 178 Azərbaycan vətəndaşı təxliyə edildi


19:34     22 May 2020 20_05_22_1590162075.jpg

"Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysi həyata keçirib.


Şirkətdən Femida.az-a verilən məlumata görə, Türkiyədən daha 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, AZAL bu həftə Berlin və Varşava şəhərlərindən Bakıya çarter reysləri həyata keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1159