Onlayn sınaq imtahanı keçirildi


19:19     25 May 2020 2020/05/57F53525-CFF8-44CF-99A3-E9DD5832F11D_1590420248.jpeg

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədilə akademiya tərəfindən onlayn sınaq imtahanı təşkil edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak ediblər.

Bununla yanaşı, akademiya tərəfindən imtahanların onlayn keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında bir daha geniş məlumat verilib, prosesin detalları izah edilib və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, qəbul edilmiş yeni qaydalara əsasən, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestr daxili imtahanları akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, "Microsoft Teams" proqramı vasitəsilə onlayn qaydada, şifahi şəkildə keçiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 1051