"Taliban" silahlıları polisə hücum edib, ölən və yaralanan var


11:25     29 May 2020 2020/05/5d85fea7-385f-4134-b052-3aebf211bc27_1590736334.jpg

“Taliban” silahlılarının Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 7 polis əməkdaşı ölüb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Mohibullah Mohib deyib.

Qeyri-rəsmi mənbə isə bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb, 7 “taliban”çı zərərsizləşdirilib.

“Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, mayın 28-də Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” hərəkatı döyüşçüləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həlak olub.

Açar sözlər:

Oxunub: 588