Taksidə maskasız oturmaq qadağan edildi


16:54     29 May 2020 TAKSİ%20(1).jpg

Azərbaycanda ictimai nəqliyyatda tibbi maskadan istifadə məcburidir.


Femida.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarında bildirilib.

Qeyd olunub ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan, yəni avtobus, taksi, metro, dəmiryolu və s. nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 981