Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
20:45 02 İyun 2020
Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmələri tapşırılıb.
Sərəncam imzalandığı gündən (mayın 30-dan) qüvvəyə minir.
Oxunub: 955
Oxşar xəbərlər
- Dərslər bu tarixdən başlayır
- Dərslər dayandırılacaq? - Rəsmi açıqlama
- Dərslərin başlaması ilə bağlı - RƏSMİ AÇIQLAMA
- Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM
- Dərslərin dayandırılması müddəti uzadıldı
- Dərslər mayın 2-dək təxirə salındı - RƏSMİ
- Dərslər 15 sentyabradək təxirə salınacaq? - RƏSMİ
- Dərslər niyə 14 iyunadək davam edir? - Nazir CAVABLADI