Yasamalda qadının çantasını aparan şəxslər saxlanılıb
14:48 03 İyun 2020
Yasamal rayonu Şərifzadə küçəsi 69 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, naməlum şəxslər xanıma yaxınlaşıb ona zor tətbiq etməklə əlindən içərisində 450 manat olan çantasını alıblar.
Zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş Ramil İsmayılov və Bəxtiyar Hacıyev tutularaq istintaqa təqdim olunublar.
Saxlanılan şəxslər ifadələrində hadisə günü zərərçəkəni metronun “20 Yanvar” stansiyasının yaxınlığında bankomatlardan birindən pul çıxararkən gördüklərini və bundan sonra onu izləyərək qeyd edilən cinayəti törətdiklərini bildiriblər.
Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırılır.
Femida.az
Oxunub: 677
Oxşar xəbərlər
- Yasamalda avtomobil 43 yaşlı kişini vurub
- Yasamalda gənc qızı avtomobil vurub
- Yasamalda 22 yaşlı gənc intihara cəhd edib
- Yasamalda 47 yaşlı kişini avtomobil vurub
- Yasamalda kişi meyiti aşkarlanıb
- Yasamalda 58 yaşlı qadını avtomobil vurub
- Yasamalda avtomobil 54 yaşlı kişini vurub
- Yasamalda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Yasamalda daha 8 nəfər saxlanılıb, 25 kq-dan artıq narkotik götürülüb
- Yasamalda marketdə eskalatora ilişən 6 yaşlı uşağın ayağı sınıb