Vergi Xidmətinin proqram təminatı təkmilləşdiriləcək


15:15     03 İyun 2020 2020/06/d7e1981e-f027-4be8-a0f5-a66e8e3a3500_1591183381.jpg

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi" proqram təminatının təkmilləşdirilməsi və proqram təminatına texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Femida.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Nuqa Development” ASC-dir.

Qalib şirkətə 986 min manat ödəniləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 786