DİN: Sumqayıtda sərt karantin rejiminin qaydalarına nəzarət edilir - VİDEO
19:12 07 İyun 2020
Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Sumqayıt şəhərində insanların küçəyə çıxması və nəqliyyatın hərəkəti qadağan edilib.
Daxili İşlər Nazirliyindən Femida.az-A verilən məlumata görə, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur. Polis mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar.
Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Bu müddətdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin küçəyə çıxması qadağan edilib.
Oxunub: 1027
Oxşar xəbərlər
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN: Son 2 gündə bulvarda itkin düşən 17 uşaq tapılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- DİN: "Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır"
- DİN: "Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur"
- DİN: “Azad edilən ərazilərdəki polis postlarına dərmanlar göndərilib”
- DİN: "Bu il oğurluq hadisələri 542 fakt azalıb"
- DİN: İmişlidə yanğın zamanı beş polis əməkdaşı tüstüdən zəhərlənib
- DİN: Ötən il balıq ovuna görə 102 fakt üzrə cinayət işi başlanıb