Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb


19:22     08 İyun 2020 20_06_08_1591629766.jpg

Paytaxtın Nəsimi rayonunda Rayon Polis İdarəsinin əməkdaşları Mərdanov qardaşları küçəsində xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlayıblar.

Femida.az -ın məlumatına görə, “Dadaşda” çay evində qaydalara zidd olaraq, qəlyan çəkilməsinə şərait yaradıldığı müəyyənləşib.

Nəticədə çay evinin sahibi və müştərilər saxlanılıb. Obyektin sahibi Emin Məmmədov 1500 manat, 5 müştərinin hər biri isə 100 manat məbləğində cərimələnib.

Açar sözlər:

Oxunub: 1411