XİN-dən Rusiyadakı azərbaycanlılarla bağlı açıqlama


20:20     18 İyun 2020 XIN.jpg

Digər ölkələrində qalan, eyni zamanda Rusiyada olan vətəndaşların Azərbaycana geri qaytarılması istiqamətində davamlı tədbirlər aparılır.

Femida.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bununla bağlı məsələ iki ölkə prezidentləri arasında telefon danığında müzakirə olunub.

“Son bir ay ərzində 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə geri qaytarılıb. Təəssüf ki, bir müddətdir vətəndaşlarımızın “Evə gedirəm” portalından qeydiyyatdan keçmədən və ya keçərək sərhədə yaxınlaşması müşahidə edilir. Sərhədə yaxınlaşmaqla onlar öz səhhətlərini təhlükəyə atır. Rusiyadan vətəndaşlarımızın gətirilməsi portaldan qeydiyyatdan keçməklə və həssas qruplara üstünlük verilməklə qrafik əsasında aparılacaq. Sərhəd əraziyə yaxınlaşmaq “ölkəyə tez gedəcəm” demək deyil. Vətəndaşlarımızın geri dönüşü qrafiklə həyata keçiriləcək. Onlar olduqları yerdə, ölkənin qaydalara əməl edərək növbələrini gözləsinlər”.

Femida.az

Açar sözlər:

Oxunub: 3235