Xüsusi karantin rejimində market və apteklər işləyəcək


20:26     18 İyun 2020 aptek.jpg


İyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi dövründə market və apteklər fəaliyyət göstərəcək.

Femida.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, aprel ayında tətbiq edilən karantin rejimi kimi bu dəfə də insanlar SMS vasitəsilə icazə alaraq market və apteklərdə alış-veriş edə biləcəklər. Dəqiq qaydalar, sabah açıqlanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 485