İmişlidə ferma yandı, 60 baş mal-qara tələf oldu


08:57     19 İyun 2020 yangin-otel-baki-640x325.jpg

İmişli rayonunun Xəlfəli kəndində yanğın hadisəsi baş verib.

Fermer Ədalət Müzəffər oğlu Quliyevə məxsus fermada yanğın başlayıb.

Hadisə nəticəsində 60 baş iribuynuzlu mal-qara yanaraq məhv olub. Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, 250 baş heyvan xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 732