Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
17:23 01 İyul 2020
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, cari il iyulun 1-dək fonda 111.958.386,11 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Femida.az
Oxunub: 706
Oxşar xəbərlər
- Silahlılar kəndə hücum edərək bir körpəni öldurüb, xəsarət alanlar var
- Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib - SİYAHI
- Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib
- Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib
- Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayı açıqlanıb
- Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
- Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
- Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı hazırlanıb
- Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifədən azad edilib